Niyə BITEP Partnyor Proqramına qoşulmaq lazımdır?

Yüksək qazanc faizi

Siz gətirəcəyiniz müştərilər tərəfindən edilən ödənişlər üçün 15% komissiya alacaqsınız.

Limitsiz Qazanc

Çox müştəri - çox qazanc! Limit yoxdur!

Etibarlı Xidmət

10 ildən artıq təcrübəmiz və tam dayanıqlı infrastrukturumuz.

Partnyor Proqramı necə işləyir?

Hər şey rahat və şəffafdır.

1. Qeydiyyatdan keçin

Bir neçə dəqiqəyə qeydiyyat prosesini bitirin. Qeydiyyat pulsuzdur.

2. Sistemdə Partnyor statusunu aktivləşdirin

Müştəriləri bizim sayta yönləndirin və "cəlb etdiyiniz müştərilər" siyahısına əlavə edin.

3. Pul qazanın

Sizin qazancınızı sizə rahat üsul ilə köçürməyə hazırıq.

Əsas ödəniş üsulları

Biz həm klassik bank köçürmələri, kartdan-karta köçürmə və ya alternativ üsullar ilə sizin qazancınızı sizə yönləndirməyə hazırıq.

Tez-Tez Verilən Suallar

Partnyor proqramı kimlər üçündür?

Əsasən veb-sayt studiolar, fərdi veb-dizaynerlər və veb-masterlər üçün nəzərdə tutulmuş, ancaq istənilən satış bacarığı olan şəxs qoşula bilər və qazana bilər bu xidmət vasitəsi ilə. Əsas meyar ancaq odur ki sizin saytınız üzərindən və ya çevrənizdə hostinq ya korporativ poçt xidmətinə ehtiyacı olan adamlar/şirkətlər olsun.

Mən necə Partnyor olum?

Sadəcə qeydiyyatdan keçin. Sonra sistemə daxil olub "Partnyorlar" bölməsində "Partnyor hesabı aktiv etmək" düyməsinə basın/

Mən nə qədər qazana bilərəm?

Sizin qazancınız gətirdiyiniz müştəri sayından asılıdır. Əsas məqam odur ki, müştəri bir dəfə gəlsə belə, ödənişlər birdəfəlik olmur. Müştəri bizə illik və ya aylıq ödənişlərini hər dəfə edəndə, bü ödənişin 15% sizin hesabınıza köçürülür. Və siz bunu izləyə bilirsiz. Rəqəm olaraq, minimal paket satışından 61 AZN məbləğdən 9.15 AZN qazanc sizin olur. Nə qədər müştəri gətirə biləcəksiz isə ancaq sizdən asılıdır.

Təklif olunan xidmət nədir və kimlərə lazımdır?

Təklif olunan xidmət veb-hostinq və korporativ poçt xidmətidir. Hər bir şirkət sayt yaratdıqda və saytın yerləşdirilməsi üçün hostinq xidməti zəruridir. Hər bir şirkət öz adına uyğun korporativ poçt (məsələn: mail@şirkətadı.com) xidmətini isə bizim serverlərdən istifadə edərək əldə edə bilir. Həm böyük şirkətlər, həm kiçik və orta sahibkarlar, həmdə bir çox fərdi şəxslər (həkim, usta, müğənni) bizim xidmətdən illər böyu istifadə edirlər və bu istifadə rəqəmsallaşma arttıqca ancaq artacaqdır. Sizdə bu artımnan yararlana bilərsiniz.

Mənim əlavə suallarım var!

Bu linki istifadə edərək sualınızı verə bilərsiniz. Biz partnyor proqramı ilə bağlı olan suallarla yanaşı istənilən hostinq və ya korporativ poçt xidmətinə aid olan sualları cavablamağa hazırıq.

Join our affiliate program now!

Register to become an affiliate. Have any queries? Contact us.

Register Now Ask Questions